Saytın xəritəsi
Əlaqə
English
version
Русская
версия





Sənaye xəbərləri

13.12.2013 17:35

Azərbaycan 2002-2012-ci illərdə Belarusdan 153 döyüş tankı alıb

Azərbaycan ötən 10 ildə Belarusun tank və artilleriya satdığı ölkələr sırasında ilk, döyüş təyyarələri satdığı ölkələr sırasında üçüncü, zirehli döyüş maşınları satdığı ölkələr sırasında isə ikinci yeri tutub

Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan 2002-2012-ci illərdə silah və hərbi-texnika alğı-satqısında Belarusun əsas müştərilərindən olub.

 

APA-nın BMT Adi Silahlar Registrinin məlumatları əsasında apardığı araşdırmaya görə, ötən 10 ildə Azərbaycan Belarusun tank və artilleriya satışında ilk yeri, döyüş təyyarələri satışında üçüncü, zirehli döyüş maşınlarında isə ikinci yeri tutub.

 

Hesabatlara görə, Belarus 2002-2012-ci illərdə xarici ölkələrə 271 ədəd əsas döyüş tankı satıb. Bunun 56,4%-i və ya 153-ü Azərbaycanın payına düşür. Azərbaycanın bu ölkədən satın aldığı tankların hamısı T-72 modeli olub.

 

Hesabatın əhatə etdiyi 10 ildə Belarus Azərbaycandan başqa Yəmənə 80 ədəd T-80 tankı, Uqandaya 23 ədəd T-55 tankı, İrana isə 15 ədəd T-72M1 tankı satıb.

 

Qeyd olunan dövrdə Belarus müxtəlif çaplı 223 ədəd artilleriya sistemi ixrac edib. Bunun 59,1%-i və ya 132 ədədi Azərbaycana satılıb. Ümumilikdə isə Belarus Azərbaycanın son onillikdə ən çox artilleriya sistemləri aldığı ölkələr sırasında Ukraynadan sonra 2-ci yerdə qərarlaşıb. Azərbaycanın bu ölkədən aldığı artilleriya sistemlərinin 120 ədədini D-30 topu, 12 ədədini 203 mm çaplı 2S7 «Pion» özüyeriyən haubitsalar tutub.

 

Azərbaycanla yanaşı, Belarus Ermənistana 10 ədəd D-30 topu, Eritreyaya 9 ədəd D-30 topu, Sudana 46 ədəd artilleriya sistemi (24 ədəd D-30, 10 ədəd 122 mm 2S1, 10 ədəd 122 mm 9P138, 2 ədəd 122 mm BM-21), Kot-d-İvuara 26 ədəd (6 ədəd 122 mm BM-21, 10 ədəd 82 mm BM-37, 10 ədəd 120 mm 2S12) satıb.

 

2002-2012-ci illərdə rəsmi Minsk 66 ədəd döyüş təyyarəsinin ixracını gerçəkləşdirib. Hesabat dövründə Belarus Suriyaya 33 ədəd MiQ-23, Sudana 15 ədəd Su-25, Azərbaycana 11 ədəd Su-25, Kot-d-İvuara 4 ədəd Su-25, Əlcəzairə 2 ədəd MiQ-29, İngiltərəyə isə 1 ədəd Su-27 satıb.

 

Son onillikdə 181 ədəd ZTR və piyadaların döyüş maşının ixracını reallaşdıran Belarusun siyahısında ill yeri 89 ZTR ilə Sudan (12 ədəd BTR-70, 60 ədəd BRDM-2, 7 ədəd BTR-80, 10 ədəd BMP-1) tutub. Sonrakı yerlərdə isə 60 ədəd BTR-70 ilə Azərbaycan və 32 ədəd ZTR ilə Kot-d-İvuar (13 ədəd BMP-1, 13 ədəd BRDM-2, 6 ədəd BTR-80) qərarlaşıb.

bütün xəbərlər



Baş xəbərlər
PLATİN SPONSOR



QIZIL SPONSOR



RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Greenwich Travel Club
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
VALYUTA MƏZƏNNƏSİ
  27/06/2022 28/06/2022
USD 1.7 1.7
EUR 1.8968 1.8968
GBP 2.1937 2.1937
RUR 0.0264 0.0264
HAVA



ADEX is Copyright © 2000-2022 Bütün hüquqlar qorunur. Hosted by VebTek