Saytın xəritəsi
Əlaqə
English
version
Русская
версия





Baş xəbərlər

21.02.2014 14:46

Yaxın vaxtlarda Azərbaycanla Türkiyə arasında birgə raket istehsalına dair yekun sənəd imzalanacaq

Azərbaycandakı müəssisələrdən birində ROKETSAN-ın iştirakı ilə 107 və 122 mm çaplı reaktiv raketlərin istehsalı nəzərdə tutulur

Bakı. Rəşad Süleymanov - APA. Yaxın vaxtlarda Azərbaycan Müdafiə Sənayesi Nazirliyi (MSN) ilə Türkiyənin ROKETSAN şirkəti arasında Azərbaycan müəssisələrinin birində raketlərin istehsalının başlanılmasına dair yekun sənədin imzalanması gözlənilir.

 

Bu barədə APA-ya Türkiyə Müdafiə Sənayesi Katibliyindən (SSM) məlumat verilib.

 

Birgə istehsalla bağlı texniki məsələlər həllini tapıb. Artıq istehsal prosesinin başlanılması üçün zəruri tədbirlər görülüb.

 

SSM-dən yekun sənədin nə zaman imzalanacağı barədə əlavə məlumat verilməyib.

 

Qeyd edək ki, razılaşmaya əsasən, Azərbaycandakı müəssisələrdən birində ROKETSAN-ın iştirakı ilə 107 və 122 mm çaplı reaktiv raketlərin istehsalı nəzərdə tutulur. Raketlərin mühərriki ROKETSAN, digər hissələri isə Azərbaycan müəssisəsi tərəfindən istehsal ediləcək.

 

Raketlərin istehsalına dair tərəflər arasında müzakirələr 2008-ci ildən başlanıb.

 

Hazırda ROKETSAN tərəfindən istehsal olunan 107 mm çaplı raketlərin atış uzaqlığı 11 km-dən, 122 mm çaplı raketlərinki isə 40 km-dən (keçmiş sovet-Rusiya analoqlarından 2 dəfə çox) çoxdur.

bütün xəbərlər



Baş xəbərlər
PLATİN SPONSOR



QIZIL SPONSOR



RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Greenwich Travel Club
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
VALYUTA MƏZƏNNƏSİ
  27/06/2022 28/06/2022
USD 1.7 1.7
EUR 1.8968 1.8968
GBP 2.1937 2.1937
RUR 0.0264 0.0264
HAVA



ADEX is Copyright © 2000-2022 Bütün hüquqlar qorunur. Hosted by VebTek