Saytın xəritəsi
Əlaqə
English
version
Русская
версия





Baş xəbərlər

17.04.2014 11:11

Yavər Camalov müdafiə nazirinin müavini ilə görüşüb

Müdafiə sənayesi naziri Yavər Camalov Türkiyənin müdafiə nazirinin müavini Hasan Kamal Yardımçının başçılıq etdiyi nümayəndə heyətilə görüşüb.


Görüş zamanı əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib. Görüş Malayziyada keçirilən Asiya müdafiə xidmətləri sərgisi çərçivəsində baş tutub. Sərginin iştirakçılarının əsas məqsədlərindən biri iştirakçı ölkələrin yeni məhsulları ilə tanış olmaq və tərəfdaş münasibətləri yaratmaqdır. Bu baxımdan Azərbaycan nümayəndə heyətinin Rusiya və Türkiyədən olan istehsalçılarla təmasları diqqət çəkib. Rusiyanın “Rosoboroneksport” şirkətinin stendi ilə tanış olan nazir bu ölkənin yeni hərbi təyinatlı avadanlığı ilə maraqlanıb.


Bu sərgi həm Azərbaycan üçün, həm də bu ilin sentyabrında Bakıda keçiriləcək “ADEX-2014” beynəlxalq müdafiə sənayesi sərgisinə iştirakçıların cəlb edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

bütün xəbərlər



Baş xəbərlər
PLATİN SPONSOR



QIZIL SPONSOR



RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Greenwich Travel Club
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
VALYUTA MƏZƏNNƏSİ
  27/06/2022 28/06/2022
USD 1.7 1.7
EUR 1.8968 1.8968
GBP 2.1937 2.1937
RUR 0.0264 0.0264
HAVA



ADEX is Copyright © 2000-2022 Bütün hüquqlar qorunur. Hosted by VebTek