Saytın xəritəsi
Əlaqə
English
version
Русская
версия





Baş xəbərlər

08.05.2014 11:27

NATO qiymətləndirməsi üzrə səhra təlimində Müşahidəçilər Günü keçirilib

Bakı. Rəşad Süleymanov - APA. Qaraheybət Təlim Mərkəzində davam edən NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK/OCC) proqramı çərçivəsində Azərbaycan Silahlı Qüvvələrinin motoatıcı taborunun 2-ci səviyyəli NATO qiymətləndirməsi üzrə səhra təlimində Müşahidəçilər Günü keçirilib.

Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Təlimin çöl-səhra fazasını izləmək üçün poliqona gələn müdafiə naziri, general-polkovnik Zakir Həsənov, Müdafiə Nazirliyinin rəhbərliyi, o cümlədən qonaq qismində dəvət almış Xorvatiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Daraqo Lovriç, NATO-nun Türkiyənin İzmir şəhərində yerləşən Quru Qoşunları Komandanının müavini, general-leytenant Qordon Messencer, həmçinin ölkəmizdə akkreditə olunmuş 20-dən artıq xarici dövlətin hərbi attaşesi Təlim Mərkəzinin Qərargahında olublar.

Əvvəlcə qonaqlara taktiki əməliyyat mərkəzində ön əməliyyat bazası haqqında ümumi məlumat verilib və təlimin ssenarisi üzrə həyata keçirilən fəaliyyətlər barədə tanışlıq brifinqləri təqdim olunub.

Sonra Z. Həsənov və qonaqlar ərazidəki taktiki əməliyyat mərkəzinə gələrək briqada, tabor və bölüklər səviyyəsində şəxsi heyətin hazırlığı ilə tanış olub, səhra təliminin ərazidə praktiki hissəsini izləyiblər.

Ssenariyə əsasən təlimdə iştirak edən 900 nəfərə yaxın şəxsi heyət, 100-dək hərbi texnika və 4 ədəd helikopter 5 sahə üzrə, 117 kriteriyanı həyata keçirib və fəaliyyətin qiymətləndirməsinin 752 sualını yerinə yetiriblər.

Beynəlxalq müşahidəçilər şəxsi heyətin peşəkarlığını yüksək qiymətləndiriblər.

Təlim mayın 8-də sona çatacaq.

 

bütün xəbərlər



Baş xəbərlər
PLATİN SPONSOR



QIZIL SPONSOR



RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Greenwich Travel Club
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
VALYUTA MƏZƏNNƏSİ
  27/06/2022 28/06/2022
USD 1.7 1.7
EUR 1.8968 1.8968
GBP 2.1937 2.1937
RUR 0.0264 0.0264
HAVA



ADEX is Copyright © 2000-2022 Bütün hüquqlar qorunur. Hosted by VebTek