Saytın xəritəsi
Əlaqə
English
version
Русская
версия





Baş xəbərlər

13.06.2014 10:35

Azərbaycanın müdafiə sənayesi naziri ABŞ şirkətlərinin nümayəndələri ilə görüşüb

Bakı. Rəşad Süleymanov - APA. Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalov ABŞ-ın “Bell Helicopter Textron”, “Sierra Nevada Corporation” və “FLİR Systems” şirkətlərinin nümayəndələri ilə görüşüb. Bu barədə APA-ya Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nazir Yavər Camalov Müdafiə Sənayesi Nazirliyinin fəaliyyəti ilə bağlı məlumat verib. Şirkət nümayəndələri də  öz növbəsində təmsil etdikləri şirkətlər haqqında ətraflı informasiya veriblər.

Görüşdə Azərbaycanın müdafiə sənayesi  ilə Birləşmiş Ştatların müvafiq qurumları arasında müdafiə sənayesi sahəsi üzrə əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

 

bütün xəbərlər



Baş xəbərlər
PLATİN SPONSOR



QIZIL SPONSOR



RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Greenwich Travel Club
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
VALYUTA MƏZƏNNƏSİ
  27/06/2022 28/06/2022
USD 1.7 1.7
EUR 1.8968 1.8968
GBP 2.1937 2.1937
RUR 0.0264 0.0264
HAVA



ADEX is Copyright © 2000-2022 Bütün hüquqlar qorunur. Hosted by VebTek